Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının...

15.06.2021

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il noyabrın 2-də Bakı şəhər sakini V.Əliyevə zor tətbiq edib 32 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini O.Quliyev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun Bakı şəhər sakini A.Məmmədova  zor tətbiq edib mobil telefonunu talaması da müəyyən edilmişdir.
 
Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də rayon ərazisindəki evlərin birindən 1900 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədov saxlanılmışdır.