Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Pirallahı RPŞ əməkdaşlarının...

02.06.2021

Pirallahı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əliyevdən nömrəsi silinmiş “Naqan” tipli tapanca və 2 ədəd patron aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 35-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Mirzəyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 18 qramdan artıq heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə 5 qramdan artıq heroin, metamfetamin, tiryək və 6 kiloqramdan artıq marixuana götürülmüşdür.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-nə keçən gecə Türkan qəsəbə sakini T.Həsənovun yardımçı təsərrüfatından  3000 manat dəyərində məişət əşyaları və 3 ədəd su mühərriki oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılmışdır.