Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının...

27.05.2021

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıxanov qəsəbəsi ərazisindəki mağazaların birində oranın sahibindən soyğunçuluq yolu ilə 4060 manat pul, 200 manat dəyərində danışıq kartları və hesabında 360 manat pul olan bank kartını talamaqda şübhəli bilinən S.Məmmədov saxlanılmışdır.
 
Suraxanı RPİ 30-cu PŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazaların birindən 40 manat pul və 1700 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.İslamov saxlanılmışdır.
 
Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Nardaran qəsəbəsi ərazisində “KİA” markalı bir avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində 130 manat pul, qol saatı, şəxsiyyət vəsiqəsi və bank kartları olan çantanı oğurlamaqda şübhəli bilinən əvvəllər 3 dəfə məhkum olunmuş R.Abdullayev saxlanılmışdır. Araşdırma aparılır.