Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Mayın 25-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində...

25.05.2021

Mayın 25-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Elşad Vahidov idarə etdiyi “Renault” markalı avtomobili səkiyə vurmuşdur. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilmişdir. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
 
Mayın 24-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində F.Əhmədov idarə etdiyi “Feldbinder” markalı qoşqulu yük avtomobilini qarşıda dayanmış S.Məhərovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə vurmuşdur. Nəticədə S.Məhərovun 3 sərnişini hadisə yerində ölmüş, özü və 5 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Onlardan ikisinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri orta-ağırdır. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
 
Mayın 24-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində R.Babayev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Müşfiq Hüseynovu vurub qarşıdan gələn naməlum avtomobilin qarşısına atmışdır. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.