Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ...

13.10.2020

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da metronun “Nizami” stansiyasında qatarda Sumqayıt şəhər sakini T.Həbibullayevanın içərisində pulu, sənədləri və bank kartları olan pulqabısını çantasından oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər  məhkum olunmuş  İ.Əsgərov saxlanılmışdır.

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə sentyabrın 27-nə keçən gecə rayon ərazisindən Şəki şəhər sakini N.İlyasbəyliyə məxsus “Mitsubishi” markalı avtomobilin qaçırılaraq alın şüşəsi sınmış və damı əzilmiş vəziyyətdə geri qaytarılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağcabədi rayon sakini O.Abbasov müəyyən edilərək saxlanılmışdır.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 1500 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Nuriyev saxlanılmışdır.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 15 mənzildən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Güləkbərov saxlanılmışdır.