Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə ...

10.09.2020

Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə avqustun 31-də rayon ərazisindəki gözəllik salonlarının birindən 50 manat dəyərində eynək qabının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakini Z.Əliyeva tərəfindən törədilməsi müəyyən edilmiş və o, saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun F.Bəylərlinin pulqabısından 400 manat, E.Sərxanovanın çantasından isə 200 manat oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də Bakı şəhər sakini M.Vişnyovun mopedini və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Maksimov saxlanılmışdır.

Sentyabrın 9-da saat 15 radələrində Xətai rayonu ərazisində V.Əliyev “BMW” markalı avtomobili idarə edərkən bacısı oğlu, 1 yaşlı Ziya Məmmədovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.