Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...
14.06.2018
Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 14-də Cavadxan küçəsində Abşeron rayon sakini Rza Abıyevə zor tətbiq edib mobil telefonunu almaqda şübhəli bilinən Saatlı rayon sakini Təməl Bədəlov saxlanılmışdır.
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qala qəsəbəsindəki evlərin birindən 145 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Binnətov saxlanılmışdır.
Oğurluq etdiyinə görə tutulmuş Əskər Əkbərovun ətrafında Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 4 evdən inşaat materialları, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.