Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Aparılan profilaktiki tədbirlər nəticəsində...

08.06.2017

Aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əbülfəz Quliyev mərhum atasından qalmış "Naqan" markalı tapançanı və 5 ədəd patronu könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Əhməd Paşayevdən 7 kiloqram 400 qram marixuana götürülüb.

İyunun 3-də Pirallahı qəsəbəsinİn Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Baş Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub, həmyerliləri olan daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Iyunun 7-də Sabunçu rayonunun Buzovna qəsəbəsi ərazisində naməlum şəxslər Qazax rayon sakini İsmayıl Umudovu döyüb quldurluq yolu ilə ondan 90 manat və 1400 türk lirəsi pul alıb.Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin şəxsiyyəti müəyyən edilib və onların tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Daxil olan məlumat əsasında Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə Qala qəsəbə sakini İlqar Rzayevə məxsus həyətyanı sahəyə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 50 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 7-də Bakı şəhər sakini Can Əliyevanın çantasından bankomat kartını oğurlayıb hesabındakı 160 manat pulu çıxarmaqda şübhəli bilinən paytaxt sakini Aytac Bəkirova saxlanaılıb.

Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən fevralın 7-də rayon ərazisindəki şirniyyat evlərindən birində, orada işləyən Xəyalə Tağıyevanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Hüseyn Abbasov tutulub.