Xəbərlər

Əsas səhifə

Binəqədi rayonundan avtomobil qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri saxlanılıb

13.01.2021

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov yanvarın 13-də saat 2 radələrində Binəqədi qəsəbəsi ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Sabunçu rayonu ərazisində dəmir boruya vurulmuş vəziyyətdə tapılmışdır.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri B.Deyistani və İ.Məmmədov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.