Xəbərlər

Əsas səhifə

Sabunçu rayonunda karantin qaydalarını pozan kafe aşkarlanıb

12.01.2021

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən “Məcnun” kafesini aşkarlayıblar.
Obyektin fəaliyyəti dərhal dayandırılıb. Obyektə baxış zamanı kafenin sahibi Firdovsi Quliyev və daha səkkiz müştəri saxlanılaraq ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülüb və onların hər biri 200 manat məbləğində cərimələniblər. Onlarla profilaktik söhbətlər aparılıb.
Kafenin sahibi F.Quliyev isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara əməl etmədiyinə görə barəsində inzibati protokol tərtib olunub. Obyektin sahibi 4 min manat məbləğində cərimələnib.