Xəbərlər

Əsas səhifə

Başqalarının sağlamlığına təhlükə törədən şəxs məsuliyyətə cəlb edilib

24.11.2020

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə “Covid-19” virusunun yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilir, vətəndaşlar tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena qaydalarının pozulması hallarına yol verilməməsi ciddi nəzarətdə saxlanılır.

Bu istiqamətdə Xəzər rayonunda yaşayış yerini qanunsuz tərk edən aktiv COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb.

DİN Mətbuat Xidmətinin məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Əliyev yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.