Xəbərlər
Əsas səhifəSatıcıya saxta əskinas verib soyğunçuluq edən şəxs saxlanıldı
21.04.2025
Qaradağ rayonu ərazisində yerləşən mağazaların birində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs satıcıya 100 manatlıq saxta əskinas verməklə qalıq məbləği götürüb, pulun saxta olduğu aşkarlandıqda isə ona kəsici-deşici alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı T.Vəliyev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Nərimanov rayonunda yerləşən köşklərin birindən 200 manat pul vəsaitini oğurlayan 19 yaşlı Ş.Həsənzadə də saxlanılıb.
Araşdırma aparılır.