Xəbərlər

Əsas səhifə

Ümumi çəkisi 24,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

09.04.2023

Polis əməkdaşlarının aprelin 8-də və 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr –  24,3 kiloqramdan çox  marixuana, 190 qrama yaxın heroin, 60 qrama yaxın tiryək, 50 qramdan çox metamfetamin, 640 ədəd metadon həbi, 154 ədəd çətənə kolu olub. 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.