Xəbərlər

Əsas səhifə

Şəhid hərbi qulluqçunun il mərasimi keçirilib

07.10.2021

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu çavuş Tərlan Eyniyevin il mərasimi keçirilib.
Mərasimdə Daxili İşlər Nazirliyinin və Bakı Şəhər Baş Polis İdarəsinin təmsilçiləri, Daxili Qoşunların hərbi qulluqçuları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Anım mərasimində şəhidimizin Xəzər rayonunda məzarı ziyarət olunub, önünə çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Cəsur döyüşçü T.Eyniyevin rəşadətli döyüş yolu xatırlanıb, xatirəsinin yaddaşlarda yaşayacağı bildirilib.
Qeyd edək ki, çavuş Tərlan Eyniyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.