Xəbərlər

Əsas səhifə

Soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

22.09.2021

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Füzuli rayon sakini İ.Baxışov sentyabrın 19-da Z.Bünyadov prospektində iki nəfərin ona zor tətbiq edib cibində 60 manat pul, mobil telefon və sürücülük vəsiqəsi olan gödəkcəsini aldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri İ.Mahmudov və V.Nağıyev saxlanılmışlar.  
Araşdırma aparılır.