Xəbərlər

Əsas səhifə

Narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 14 nəfər saxlanılıb

16.08.2021

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbələri ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 14 nəfər saxlanılıb.
 
Belə ki, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin satışı ilə məşğul olan Ramin Nuriyev saxlanılıb. Onun üzərindən və evindən 1 kiloqrama yaxın heroin və 64 qram metamfetamin aşkar edilib.
Saxlanılan şəxs ifadəsində əsasən Suraxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Qeyd edək ki, Ramin Nuriyev ondan narkotik vasitələr alan şəxslər arasında tanınmamaq üçün “Rəmiş” adından istifadə edirmiş.
Bundan başqa Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Azər İmanov, Mehbalı Rzayev,Fərman Əliyev,Orxan İbrahimov və Rəşad Əsgərov da saxlanılıb.Bu şəxslərdən də külli miqdarda heron və metamfetamin aşkar edilib.

Qeyd edək ki,Azər İmanov və Mehbalı Rzayevin narkotik vasitələrdən istifadə etməsinin görüntüləri sosial şəbəkələrdə də yayılmışdı.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər  əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elnur Bağırov,Murad Qafarov,Ağamməd Vahidov,İlahə Rəhimova,Rəhman Hüseynov,Məhəmməd Əliyev ,Murad Məmmədzadə və Siruz Hacıyev saxlanılıblar.

Onların da üzərindən külli miqdarda heroin netamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı ümumilikdə Suraxanı rayonunda 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Hazırda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.