Xəbərlər

Əsas səhifə

Qətl törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib

13.06.2021

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyunun 13-də saat 23 radələrində B.Çobanzadə küçəsində Bakı şəhər sakini Murtuz Murtuzovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Araşdırmalarla M.Murtuzovun münaqişə zəminində paytaxt sakini M.Məmmədli tərəfindən bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Faktla bağlı cinayət işi başlanmışdır.