KRİMİNAL XRONİKA

Əsas səhifə

20.000 manat dəyərində avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən bir qrup şəxs saxlanılıb

21.07.2024

Fatmayı bağlar sahəsində yerləşən evlərin birindən oğurluq olub. Polisə müraciət edən ev sahibi oradan 20.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlandığını bildirib. 
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.İbrahimov, Q.Ələsgərov, C.Ələsgərov və Ə.Hüseynov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.