KRİMİNAL XRONİKA

Əsas səhifə

Yaşayış kompleksindən kondisioner və mis borular oğurlanmaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar

17.07.2024

İyulun 17-də Yasamal rayonu ərazisində inşa olunan yaşayış kompleksindən 3500 manat dəyərində kondisioner və mis boruların oğurlanması barədə polisə məlumat daxil olub.Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, orada işləyən Z.Əzizov, O.Həsənov və R.İsrayılov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.