KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov rayonunda gecə güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edən şəxs həbs edilib

06.06.2023

Ötən gecə naməlum şəxs gecə saat 03 radələrində Nərimanov rayonunda binalardan birinin həyətində güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edərək ətrafda yaşayan sakinlərin haqlı narazılığına və çoxsaylı şikayətlərinə səbəb olub. Həmin şəxsin etdiyi əməl inzibati ərazidə quraşdırılan videomüşahidə  kameraları vasitəsi ilə də qeydə alınıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gecə saatlarında pirotexniki vasitələrdən istifadə edən paytaxt sakini Həsən Hüseynli saxlanılıb. 
Onun barəsində  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılması  üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o,  5   gün  müddətinə  inzibati   qaydada   həbs   edilib.

Youtube linki - https://www.youtube.com/watch?v=iq2zaW4UGKg