KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi rayonu ərazisində Goranboy rayon sakini T.Misriyevə qarşı quldurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini M.Abdullayev saxlanılıb

05.06.2023

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nəsimi rayonu ərazisində Goranboy rayon sakini T.Misriyevin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Abdullayev saxlanılıb. 
Araşdırmalarla onun metronun “İnşaatçılar” stansiyasında bir qadının çantasından mobil telefonunu oğurlaması da müəyyən olunub.