KRİMİNAL XRONİKA

Əsas səhifə

Telefon Rabitə Qovşağına məxsus 416 metr rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini İ.Keçiliyev müəyyən olunaraq saxlanılıb

07.12.2022

Binəqədi rayonunun K.Rəhimov küçəsində Telefon Rabitə Qovşağına məxsus 416 metr rabitə kabelinin kəsilərək oğurlanması barədə polisə məlumat daxil olub. 
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Balakən rayon sakini İ.Keçiliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.