KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov rayonunda şirkətlərdən birinin anbarından 20.000 manat dəyərində elektrik və inşaat materiallarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Ş.Həsənov saxlanılıb

23.11.2022

Nərimanov rayonunda şirkətlərdən birinin anbarından 20.000 manat dəyərində elektrik və inşaat materiallarının qeyri-aşkar şəaitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub. 
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ş.Həsənov saxlanılıb.
Araşdırma aparılır.