KRİMİNAL XRONİKA

Əsas səhifə

460 litr yanacağı oğurlamaqda şübhəli saxlanılıb

25.04.2022

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “KamAZ” markalı 3 avtomobildən ümumilikdə 460 litr yanacağı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Səmədov saxlanılmışdır
Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə aprelin 19-dan 25-dək olan müddətdə Qala qəsəbəsi ərazisində qəsəbə sakinlərinə məxsus “KamAZ” markalı 3 avtomobildən ümumilikdə 460 litr yanacağın oğurlanması barədə müraciət daxil olmuşdur. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Səmədov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.