KRİMİNAL XRONİKA

Əsas səhifə

Metamfetamin, tiryək, marixuana və metadon aşkar edilərək götürülüb

07.11.2021

Nizami RPİ 23-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini T.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən onunla birgə olan Sahil qəsəbə sakini A.Əliyevin evinə baxış zamanı oradan da metamfetamin, tiryək, marixuana və metadon aşkar edilərək götürülmüşdür.