KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının...

21.10.2021

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də rayon ərazisindəki evlərin birindən 1620 manat dəyərində kombi və elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Qrinev saxlanılmışdır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də N.Nəsiblinin “BMW” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş H.Mirzəliyev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da rayon ərazisindəki mağazaların birindən 1315 manat pul oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini R.Qasımov saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də A.Rəhimovanın içərisində 850 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mustafazadə saxlanılmışdır.