KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ 41-ci PB əməkdaşlarının...

15.10.2021

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də rayon ərazisindəki evlərdən birinin həyətindən 8000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü Zəngilan rayon sakini B.Hacıyev idarə etdiyi “Hyundai” markalı avtomobillə saxlanılmışdır. Axtarış zamanı avtomobilin saxlanc yerindən marixuana və metamfetamin aşkar edilərək götürülmüşdür.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Ə.Rəcəbli küçəsindəki mağazalardan birinin qarşısından 1280 avro dəyərində 8 ədəd əl arabası oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş V.Ələsgərov saxlanılmışdır.