KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının...

25.09.2021

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bir evdən 1080 manat dəyərində televizor və bir avtomobildən 650 manat dəyərində maqnitofon oğurlanmaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Babayev, Ə.Əliyev və A.Allahverdiyev saxlanılmışlar.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini N.Əkbərovaya zor tətbiq edərək içərisində 202 manat pulu olan çantansını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Adıgözəlov, İ.Quliyev və Q.Hüseynov müəyyən edilərək saxlanılmışlar.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini A.Cəbiyevdən 110 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.