KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının...

24.09.2021

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 4 evdən və həyətlərdən təmir-tikinti alətləri, su mühərriki, naqil və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Süleymanov, S.Əzizov və E.Rəsulov saxlanılmışlar.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də rayon ərazisindəki marketlərin birindən 2300 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Ağakişiyev saxlanılmşdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssisəsinə məxsus “İveco” markalı avtomobildən 2187 manat dəyərində akkumulyator və 5 ədəd təkər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülmüşdür.