KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ 41-ci PB əməkdaşlarının...

13.09.2021

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da M.İbişovun 100 manat pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Qurbanov saxlanılmışdır.
 
Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də Ə.Xəlilovu döyüb 100 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən V.Əliyev saxlanılmışdır.
 
Sentyabrın 11-də saat 21 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Mehdiyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sadıx Ağayevi vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
 
Sentyabrın 12-də saat 7 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini K.İsgəndərovun idarə etdiyi “Toyota” və Bakı şəhər sakini Qabil Məcidovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Q.Məcidov hadisə yerində ölmüş, K.İsgəndərov xəstəxanaya yerləşdirilmişdir.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
 
Sentyabrın 12-də saat 16 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində körpüdə Bakı şəhər sakini B.Poladov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında nasaz vəziyyətdə dayanmış paytaxt sakini Emin Məmmədova məxsus “Priora” markalı avtomobili vurmuşdur. Nəticədə avtomobilin qarşısında dayanmış E.Məmmədov xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.