KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının...

05.09.2021

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini E.Nəbizadənin 50 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Nəcəfov saxlanılmışdır.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini İ.Quliyeva saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 14,445 qram heroin, 2,326 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Qurbanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.