KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının...

11.06.2021

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini A.İbrahimovdan 8 qramdan artıq metamfetamin, 8 qramdan artıq heroin və 3 kiloqramdam artıq marixuana aşkar edilərək götürülmüşdür.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.İsayevin həyətindən 126 ədəd çətənə kolu və 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 9500 manat pul oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini O.Nuriyeva saxlanılmışdır.