KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən...

05.06.2021

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini M.Şahverənli iyunun 4-də oğlunun onun cibindən 500 manat pul götürməsini və həyətdəki “Toyota” markalı avtomobilini qaçırmasını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən N.Şahverənli həmin gün Atatürk prospektində saxlanılmışdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
 
İyunun 5-də saat 12 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini V.Qasımov idarə etdiyi “ZİL” markalı avtomobili arxaya sürərkən həmyerlisi Səxavət Hacıyevi vurmuşdur. Nəticədə S.Hacıyev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.