KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının...

18.05.2021

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 17-də rayon ərazisində bir avtomobildən 2100 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Nadirov saxlanılmışdır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir evin su sayğacını və S.Əliyevə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Nəsibov saxlanılmışdır.

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 17-də rayon ərazisindəki evlərin birindən 9750 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini G.Şükürova saxlanılmışdır.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də rayon ərazisində “KİA” markalı avtomobildən 140 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Nəbiyev saxlanılmışdır.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 17-də rayon ərazisindəki evlərin birindən 4000 manat pul və 6400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən E.Hacıyeva və qızı L.Hacızadə saxlanılmışlar.