KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının...

21.05.2021

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki apteklərin birindən 4500 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuşlar T.Bəkirov və S.Bəkirov saxlanılmışlar.
Araşdırma aparılır.
 
Mayın 20-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini İntiqam Rəsulov vurulmuş, sürücü hadisə yerini tərk etmişdir. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törətmiş qeyd edilən avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Məmmədov saxlanılmışdır. Araşdırma aparılır.