KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı ŞBPİ və Sabunçu RPİ 42-ci PB əməkdaşlarının...

12.05.2021

Bakı ŞBPİ və Sabunçu RPİ 42-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Həmidov və F.Müzəffərov saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək götürülmüşdür.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində K.Məmmədovanın içərisində 500 manat və sənədi olan pulqabısını, R.Bayramovanın isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş N.Fərzəliyev saxlanılmışdır.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2650 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Ağayev saxlanılmışdır.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki köşklərin birindən 2600 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Yusifov və Bərdə rayon sakini M.Cəfərov saxlanılmışlar. 

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində F.Hüseynovun 27.200 avro pulunu dələduzluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Rəhimov saxlanılmışdır.

Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 6 nəfərin bank hesablarından ümumilikdə 2352 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Nəcəfli müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.