KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının...

13.05.2021

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində mayın 9-da F.İsmayılovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əşrəfov saxlanılmışdır.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Səlimova məxsus avtomobildən 4000 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş V.Babayev saxlanılmışdır.

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş E.Həmidovun və F.Müzəffərovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onların mayın 12-də rayon ərazisindəki evlərin birindən 4980 manat dəyərində məişət əşyaları oğurlamaları  da müəyyən edilmişdir.