KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən...

14.05.2021

Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən Balaxanı qəsəbə sakini X.Vahidova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkarlanıb götürülmüşdür.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 4-də Bakı şəhər sakini S.Şabanova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş C.Bayramov saxlanılmışdır.

Mayın 13-də paytaxtın Nizami rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini M.Eyvazovun 200 manat pulunu soyğunçuluq yolu ilə almışdır. Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Əliyev saxlanılmışdır.