KRİMİNAL XRONİKA

Əsas səhifə

Pirallahı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində...

17.05.2021

Pirallahı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Səfərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 11 ədəd çətənə  kolu götürülmüşdür.
 
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də Əmircan qəsəbə sakini G.Abıyevaya qarşı zor tətbiq edib içərisində 106 manat pul olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki evlərin birindən oğurluq etmiş qrupun üzvü olması da müəyyən edilmişdir.
 
Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsi ərazisində Ramana qəsəbə sakini İ.Nağıyevdən nömrəsi silinmiş “AKM” markalı avtomat silahı, 1 ədəd patron darağı və 26 ədəd patron aşkar edilərək götürülmüşdür.