KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının...

23.04.2021

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində aprelin 22-də M.Əmiyevi bıçaqla hədələyərək 200 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Füzuli rayon sakini E.Albənzadə saxlanılmışdır.

Qaradağ RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında Qızıldaş qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1,534 qram heroin və 4 qramdan artıq marixuana aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə onun müvəqqəti yaşadığı yerə baxış zamanı oradan 16 kiloqramdan artıq marixuana götürülmüşdür.