KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ 10-cu PB və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının...

26.04.2021

Qaradağ RPİ 10-cu PB və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri F.Vəliyevin pulunu və mobil telefonunu, N.İmanovun isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini R.Səfərov saxlanılmışdır.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də və 24-də rayon ərazisindəki həyətlərin birindən 380 manat dəyərində su mühərriki və V.Pənahova məxsus 500 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini E.Əliyev saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini Y.İmamnəzərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 360 qramdan artıq heroin və 150 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Rəhimzadə saxlanılmışdır.