KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının...

21.01.2021

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-nə keçən gecə M.Davud küçəsində Bakı şəhər sakini R.İsayevə məxsus “VAZ-2107” markalı avtomobildən 700 manat dəyərində maqnitofon, akkumulyator və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Əliyev saxlanılmışdır.

Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bülbülə qəsəbə sakini T.Cəfərovun evinə baxış zamanı oradan 1 kiloqramdan artıq heroin götürülmüşdür. Şəxsi axtarış zamanı orada olan Bakı şəhər sakini A.Əliyevdən də heroin aşkar edilmişdir.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Yusifovun evinə baxış zamanı oradan “TT” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Biləcəri qəsəbə sakini İ.İsrafilovun mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Musazadə saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayon sakini, əvəllər məhkum olunmuş Z.Soltanovdan nömrəsi silinmiş “Makarov” markalı tapança aşkar edilərək götürülmüşdür.

Yanvarın 21-də saat 19 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini A.Sərdarzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Məmmədovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Yanvarın 21-də saat 23 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əbülfəzov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolayrıcısına vurmuşdur. Nəticədə sürücü və 4 sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən biri orada ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.