KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 3-cü PB əməkdaşlarının...

15.01.2021

Xəzər RPİ 3-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 20 qrama yaxın heroin və metamfetamin aşkar edilmişdir. Polis əməkdaşlarının onun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oradan 1 kiloqramdan artıq heroin götürülmüşdür.