KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının...

09.01.2021

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də rayon ərazisindəki mağazaların birindən 10.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abbasov və Şamaxı rayon sakini M.Mahmudov saxlanılmışlar. Şəxsi axtarış zamanı M.Mahmudovdan metamfetamin aşkar edilərək götürülmüşdür.

 

Yanvarın 9-da saat 8 radələrində Sabunçu rayonu ərazisində Lerik rayon sakini O.Əkbərov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini N.Cavadovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.