KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının...

08.01.2021

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Şükürov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür. Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda rayon ərazisindəki 7 evdən ümumilikdə 930 manat pul, 9 ədəd mobil telefon, 1 ədəd planşet və sənəd oğurlaması da müəyyən edilmişdir.
  
 
Narkotik vasitə ilə tutulmuş H.Əliyevin ətrafında Binəqədi RPİ əməkdaşlarının apardıqları tədbirlərlə onun silah-sursat gizlətdiyi müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı evə baxış zamanı oradan nömrəsi silinmiş pnevmatik tapança, 1 ədəd patron darağı və üzərində alışqanı olan RQD qumbarası aşkar edilərək götürülmüşdür.