KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər Baş Polis İdarəsinin ...

17.11.2020

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də K.Məmmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən O.Abbasov və əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılmışlar.Ətraflarında aparılan tədbirlərlə  onların  Sabunçu və Binəqədi rayonu ərazisindəki iki mağazadan ümumilikdə  60 manat pul, 7500 manat dəyərində spirtli içki, tütün məmulatı, danışıq kartları,  Səbail rayonu ərazisində “KİA” markalı avtomobildən cibində 2000 manat pul olan gödəkcə oğurlamaları, habelə Binəqədi rayonu ərazisindəki ofislərin birindən oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir. 

Nizami RPİ 24-cü Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvarın 22-də rayon ərazisindəki mağazaların birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş H.Gözəlov saxlanılmışdır.