KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 15-də saat 20 radələrində Xətai rayonunun A.Nobel prospektində ...

15.11.2020

Noyabrın 15-də saat 20 radələrində Xətai rayonunun A.Nobel prospektində Bakı şəhər sakini S.Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini  Altun Zeynallını vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 15-də saat 20 radələrində Səbail rayonunun Salyan Yolu küçəsində Bakı şəhər sakini Z.Bəşirov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində N.Şərifovun mobil telefonunu soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən Yevlax rayon sakini D.Rüstəmzadə saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisində daha bir avtomobildən 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilmişdir.