KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 6-da saat 08 radələrində Yasamal rayonu ərazisində ...

06.11.2020

Noyabrın 6-da saat  08 radələrində Yasamal rayonu ərazisində Şabran rayon sakini R.Poladov idarə etdiyi “Daewoo” markalı avtobusla dayanacaqda olan Abşeron rayon sakinləri Qabil Nağıyevi və İ.Pokinanı vurmuşdur. Piyada Q.Nağıyev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

DİN Əlahiddə Çevik Polis Alayı və Qaradağ RPİ 38-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sahil qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Rzayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobilə baxış zamanı  oradan 445 qramdan artıq marixuana və çətənə toxumu aşkar edilərək götürülmüşdür.

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabırn 15-də rayon ərazisindəki evlərin birindən 1200 ABŞ dolları, 1000 manat dəyərində kompyuter, məişət əşyaları və eynək oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Ə.Hüseynov saxlanılmışdır.