KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri ...

04.11.2020

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 10-da Xanlar küçəsindəki fəaliyyət göstərməyən inzibati binaların birindən1500 manat dəyərində 2 ədəd ödəmə terminalı, müşahidə kamerasının yaddaş aparatı, kondisionerin 4 ədəd mühərriki və 6 ədəd radiator oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Heydərov saxlanılmışdır.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisində 1 avtomobildən 3750 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri H.Əliyev və əvvəllər məhkum olunmuş A.Cəfərov, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Y.Ağayev saxlanılmışlar.

Binəqədi RPİ 5-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də rayon ərazisində 1 avtomobildən içərisində 600 manat olan pulqabı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Juravlev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş N.Behbudovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi, Binəqədi RPİ 6-cı və 43-cü Polis bölmələrinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Binəqədi rayonu ərazisindəki 2 evdən ümumilikdə 150 manat pul və 80 manat dəyərində qızıl üzük, gümüş üzük və boyunbağı oğurlaması da müəyyən edilmişdir.