KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə ...

22.10.2020

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə oktyabrın 19-da Mərdəkan qəsəbəsi ərazisində bir nəfərin Bakı şəhər sakini olan yeniyetməyə zor tətbiq edərək mobil telefonunu alması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ə.Əsədov müəyyən edilərək saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun oktyabrın 20-də həmin ərazidə digər bir yeniyetmənin də eyni üsulla mobil telefonunu alması da müəyyən edilmişdir.
Araşdırma aparılır.

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Məmmədov oktyabrın 11-dən 22-dək olan müddətdə H.Seyidzadə küçəsindəki avtomobillərin təmiri sexlərinin birindən “QAZ-21105” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Kazımov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də rayon ərazisindəki mağazaların birindən 300 manat oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakini Z.Qubadov saxlanılmışdır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də rayon ərazisindəki mağazaların birindən 629 manat dəyərində noutbuk və 2 ədəd mobil telefon qutusu oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş A.Osmanov saxlanılmışdır.